Goranboyda ana və qızı yaşadıqları evdə dəm qazından zəhərlənib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Səfikürd kəndində baş verib.
Hər iki zərərçəkən şəxs yaxınlarının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Onlar reanimasiya şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.