• HADİSƏ

    01:26 25 fevral 2021

Goranboyda avtomobil arakəsməyə çırpılıb, xəsarət alan var

Şaxtalı hava Goranboy rayonunda yol qəzasına səbəb olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goran qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib.

"Ford Transit" markalı kiçiktutumlu yük maşını buzlu yolda idarəetmədən çıxaraq metal arakəsməyə çırpılıb. Qəza nəticəsində 1986-cı il təvəllüdlü sürücü, Gəncə şəhər sakini İsgəndərov Sahib Firdovsi oğlu xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR