Goranboyda avtomobil aşıb, 3 nəfər xəsarət alıb
  • HADİSƏ

  • 23:51 13 İyun 2020

Goranboyda avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik maşını idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR