• HADİSƏ

    23:09 9 iyul 2019

Goranboyda avtomobil aşıb, sürücü xəsarət alıb - FOTO

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın qərb bürosu xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhəri ərazisindən keçən hissəsində olub.

Məlumata görə, "Hyundai" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR