• HADİSƏ

    02:26 16 mart 2019

Goranboyda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb - YENİLƏNİB

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində avtomobillə piyadanı vurduqdan sonra ərazidən uzaqlaşan sürücü saxlanılıb.

ONA-nın qərb bürosunun məlumatına görə, bu, Gündüz Məmmədovdur. G.Məmmədov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə 41 yaşlı Dəliməmmədli sakini Eldar Əmrahovu vurduqdan sonra ərazidən uzaqlaşıb. E.Əmrahov isə hadisə yerində keçinib.

G.Məmmədov saxlanılaraq istintaqa cəlb edib. Ərazidə xidmət aparan polis əməkdaşlarının verdiyi məlumata görə, onun idarə etdiyi "Mercedes" markalı avtomobil "Azərsun" şirkətinə məxsus imiş.

***

Saat 01:44

Goranboy rayonunda naməlum sürücünün avtomobillə vurduğu piyadanın şəxsiyyəti müəyyən edilib. ONA-nın qərb bürosunun məlumatına görə, bu, 41 yaşlı Dəliməmmədli sakini Eldar Əmrahovdur. E.Əmrahov hadisə nəticəsində yerində keçinib. Sürücü isə qaçıb.

***

Saat 01:03

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən orta yaşlı kişini "Mercedes" markalı avtomaşın vurub. Piyada aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində keçinib. Avtomobilin sürücüsü isə ərazidən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR