• HADİSƏ

    08:57 11 aprel 2019

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb - FOTO - VİDEO - YENİLƏNİB

Video əlavə olunub.

***

Saat 22:18

Goranboy rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboyun Nadirkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Mədətov Mahir Rəfi oğlunun idarə etdiyi "Chery Tiggo" markalı minik maşını orta yaşlı bir kişini vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib. Hazırda piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

Avtoqəza ilə bağlı hazırda istintaq araşdırmaları aparılır.

Fuad Nazimoğlu

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR