• HADİSƏ

    03:22 7 iyun 2019

Goranboyda avtomobil piyadanı vurub

Goranboyda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə hadisə gecə satlarında Goran qəsəbəsi yaxınlığında qeydə alınıb.

Belə ki, ilkin məlumata görə, “QAZEI” markalı avtomobil yolu keçmək istəyən piyadanı vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 1979-cu il təvəllüdlü, İsmayıllı rayon sakini Mirzəyev Fariz Sahib oğlu yaralı vəziyyətdə ətrafdakıların köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Görülən tibbi tədbirlərdən sonra yaralının durumu stabilləşib və qənaətbəxş olaraq dəyərləndirilir.


Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR