• HADİSƏ

    22:26 24 noyabr 2019

Goranboyda avtomobil qoyun sürüsünə çırpılıb - FOTO

Goranboyda minik maşını qoyun sürüsünə çırpılaraq çox sayda xırdabuynuzlu heyvanı tələf edib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunda baş verib.

"Mercedes" markalı minik maşını təxminən 30 başlıq xırdabuynuzlu heyvan sürüsünə çırpılıb. Qəza nəticəsində 20-dək qoyun tələf olub, bir qismi isə yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR