• HADİSƏ

    08:39 29 aprel 2019

Goranboyda avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər xəsarət alıb

Goranboy rayonunda avtomobil maneələrə çırpılaraq qəza törədib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Qızılhacılı kəndi istiqamətində baş verib.

Təmir olunan yolda hərəkətdə olan “VAZ 2106” markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı sərt maneələrə çırpılıb. Qəza nəticəsində sürücü - 1971-ci il təvəllüdlü Kamran Vəlyəddin oğlu Uluxanov və 1986-cı il təvəllüdlü sərnişin Nuriyeva Gülyaz Arif qızı müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR