• HADİSƏ

    01:08 8 mart 2019

Goranboyda avtomobilin vuraraq tanınmaz hala saldığı şəxsin kimliyi bəlli olub

Goranboyda minik avtomobili tərəfindən vurularaq öldürülən piyadanın Ucar sakini olduğu məlum olub.

ONA-nın Mingəçevir bürosunun məlumatına əsasən, Borsunlu kəndi ərazisində “Volvo” markalı minik avtomobili tərəfindən vurulması nəticəsində tanınmaz hala düşmüş şəxsin Ucar rayon sakini Tarif Mahmudov olduğu bildirilir.

T. Mahmudovun qudası Goranboy rayonuna gələrək, onun rayon morqunda saxlanılan meyitinə baxış keçirərək, tanıyıb.

Mərhumun meyiti dəfn olunması üçün Ucar rayonuna aparılıb.

Ehtiram Muradov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR