Goranboyda baş verən qəzada 2 nəfər xəsarət alıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 22:53 27 Mart 2020

Goranboyda baş verən qəzada 2 nəfər xəsarət alıb - FOTO

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Rayon sakini, 1949-cu il təvəllüdlü Yaşar Musayev idarə etdiyi "VAZ 2107" markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarındakı dəmir arakəsməyə çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişinlər - Gəncə şəhər sakini, 1983-cü il təvəllüdlü Bağırova Esmira Maarif qızı və Şəmkir sakini, 1956-cı il təvəllüdlü Həsənova Qənirə Mahmud qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Yaralılara lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. İlkin ehtimala görə, qəzaya səbəb sürücünün gözünə qarşıdan gələn avtomobilin işığının düşməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR