• HADİSƏ

    23:27 13 may 2019

Yol qəzasında ölən şəxs icra başçısının sürücüsü olub - YENİLƏNİB

Goranboyda avtomobil qəzasında dünyasını dəyişən şəxs Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, rayonun Səfikürd kəndi ərazisində "HOVO" markalı yük maşının "VAZ 2115" markalı minik maşını ilə
toqquşması nəticəsində dünyasını dəyişən şəxs –1969-cu il təvəllüdlü Əliyev Rauf İsmayıl oğlu Xocalı rayon İcra Hakimiyyəti başçısının sürücüsü olub.

Qeyd edək ki, R.Əliyev şəxsi minik avtomobilini idarə edərkən qəza törədib.

***

08:12, 13 may

Goranboyda ağır yol qəzası baş verib, bir nəfər ölüb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Səfikürd kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ 2115" markalı minik maşını ilə "Howo" markalı yük maşını toqquşub. Qəza nəticəsində minik maşınının sürücüsü 1969-cu il təvəllüdlü Aşağı Ağcakənd kənd sakini Əliyev Rauf İsmayıl oğlu ağır xəsarətlər alıb. O, ətrafdakıların köməyi ilə xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR