• HADİSƏ

    10:14 18 mart 2019

Goranboyda ev yanıb - FOTO

Goranboyda ev yanıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Hemenli kəndində baş verib. Kənd sakini Faiq Məmmədova məxsus 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evində qısa qapanma nəticəsində yanğın baş verib. Gecə saatlarında, ev sahiblərinin yatdığı zaman başlayan yanğın qısa zamanda bütün evi bürüyüb.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR