Goranboyda yanğın nəticəsində bir nəfər ölüb.
ONA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gecə 23:00 radələrində rayonun Səmədabad kəndində baş verib. Kənd sakini 70 yaşlı Şamaxı Şüşanovaya məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 36 kv.m sahədə ev əşyaları ilə birlikdə yanıb. Dərhal hadisə yerinə Goranboy və Kəlbəcər rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa müddət ərzində söndürülüb və yaxınlıqda olan evlərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı ev sahibi evdə tək ölüb və tüstüdən zəhərlənərək dünyasını dəyişib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fuad Hüseynov