Goranboyda gizli nişan mərasimi keçirmək istəyənlər saxlanılıb
  • HADİSƏ

  • 06:49 15 Avqust 2020

Goranboyda gizli nişan mərasimi keçirmək istəyənlər saxlanılıb

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, avqust ayının 13-də RPŞ-yə rayon ərazisindəki fərdi yaşayış evlərinin birində nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək nişan mərasimini dayandırıb, mərasim iştirakçıları saxlanlıraq rayon polis şöbəsinə gətirilib. Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Elşən Qocayev qohumlarını dəvət edərək övladı üçün nişan mərasimi keçirmək istəyib.

Məclis iştirakçıları barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə əlaqədar 200 manat məbləğində cərimə edilib. Polis əməkdaşı onlarla bir daha profilaktiki söhbət apararaq, karantin rejiminə əməl etməyi, mümkün qədər evdən çıxmamağı tövsiyə edib və bildirib ki, bütün bu tələblər vətəndaşların sağlamlığının qorunması üçündür.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR