• HADİSƏ

    08:58 8 may 2019

Goranboyda iki maşın toqquşub, sürücülərdən biri xəstəxanaya yerləşdirilib

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə səhər saatlarında Goranboy - Goran avtomobil yolunda baş verib.

“VAZ-21099” markalı minik maşını qarşıdan gələn markası tam müəyyənləşdirilməmiş digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində biri yüngül olmaqla, iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Durumu və xəsarəti daha ciddi olan “VAZ”-ın sürücüsü, 1955-ci il təvəllüdlü Goranboy sakini Kamran Vəli oğlu Məmmədov rayon xəstəxanasına yerləşdirilib. Yaralının müalicəsi travmatologiya şöbəsində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR