Bu gün Goranboy rayonunda yol-nəqliyyat qəzası olub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunun Naftalan şəhərinə yaxın hissəsində baş verib.
"VAZ 2106" və "Nissan" markalı minik avtomobillərinin toqquşması nəticəsində biri azyaşlı olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı azyaşlıya hadisə yerində tibbi yardım göstərilib.
Digər iki nəfər - 1996-cı il təvəllüdlü Şabran rayon sakini Qəhrəmanov Əmrah Orucəli oğlu və 1992-ci il təvəllüdlü Tərtər rayon sakini Novruzlu Səbuhi Rövşən oğlu Goranboy rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Hər ikisinin durumu orta-ağır dəyərləndirilir.
Faktla bağlı araşdırma aparılır.