• HADİSƏ

    12:57 9 aprel 2019

Goranboyda avtomobil 4 nəfəri vurub - YENİLƏNİB

Goranboyda avtomobillə vurulan piyadaların adları məlum olub.

ONA-nın Mingəçevir bürosunun verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alanlar - 1990-cı il təvəllüdlü Qasımova Gülnaz Elxan qızı, 2015-ci il təvəllüdlü Əliyeva Mədinə Elşən qızı, 1988-ci il təvəllüdlü Mustafayeva Nərgiz Nizami qızı və 2014-cü il təvəllüdlü Hüseynov Ədalət Vaqif oğlu xəstəxanaya yerləşdiriliblər.

***

Saat 11:26

Goranboyda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi hadisəs baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, xəsarət alanlardan ikisi qadın, ikisi azyaşlıdır. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb. Onların rayonun Qızılhacılı kənd sakinləri olduğu bildirilir.

Piyadalar BMW markalı avtomobillə vurulub.

***

11.06

Goranboyda iki piyadanı maşın vurub.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Yolu keçmək istəyən iki qadını maşın vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR