Goranboyda “VAZ 21011” markalı minik avtomobili ilə yük maşını toqquşub.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun rayonun Nizami kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində "VAZ 21011"in sürücüsü Pirverdiyev Tofiq İmamqulu oğlu xəsarət alıb. Xəstəxanaya yerləşdirilən T. Pirverdiyevin vəziyyəti orta-ağırdır.