Goranboy rayonunda iki nəfər dəm qazından zəhərlənib.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saatlarında Balakürd kəndində baş verib.
1958-ci il təvəllüdlü kənd sakini Kazımova Nailə Süleyman qızı və onun 2013-cü il təvəllüdlü nəvəsi Hüseynova Mələk Hüseyn qızı yaşadıqları evdə dəm qazından zəhərlənib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
Məlumata görə, zəhərlənməyə evdə düzgün quraşdırılmamış qaz sobası səbəb olub.