• HADİSƏ

    18:31 21 may 2019

Goranboyda polis veteranları ilə görüş keçirilib

Polis veteranlarının ictimai təhlükəsizliyin təminində, cinayətlərin profilaktikası və açılmasında, təqsirləndirilən şəxslərin axtarışı tədbirlərinin planlaşdırılmasında, şəxsi heyətin təlim-tərbiyəsində, peşəkarlıqlarının artırılmasında, əhali arasında hüquqi biliklərin təbliğində fəaliyyətləri güclənib. Goranboy rayon Polis Şöbəsində polis veteranları ilə ənənəvi görüşlərdən biri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan ONA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirov qeyd edib ki, polis veteranlarının, onların təcrübələri çox dəyərlidir, xüsusilə müxtəlif dini cərəyanların yeniyetmə və gənclər arasında təbliğinin qarşısının alınmasında, narkomaniyaya qarşı mübarizədə onların böyük əməyi var.
Görüşdə çıxış edən polis veteranları şurasının sədri Şahin Əliyev hər zaman olduğu kimi, bu gün Azərbaycanda cinayətkarlığa qarşı barışmaz və kəskin mübarizə aparıldığını, sabitliyin bərpasında, gənc əməkdaşların peşəkarlığının artmasında ciddi uğurlar əldə olunduğunu bildirib.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR