• HADİSƏ

    16:35 29 aprel 2019

Goranboyda yanacaqdoldurma məntəqəsində ölüm hadisəsi baş verib

Goranboyda yanacaqdoldurma məntəqəsində ölüm hadisəsi baş verib.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goran qəsəbəsindəki yanacaqdoldurma məntəqəsində qeydə alınıb. Məntəqədə naməlum şəraitdə bir nəfər ölüb.

Araşdırmalar nəticəsində dünyasını dəyişən şəxsin, sürücü, 1956-cı il təvəllüdlü Kərimov Rasim Ağəli oğlu olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR