Göranboy rayonu ərazisində yeraltı təkanlar olub.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə axşam saat 20:53 radələrində qeydə alınıb.
Rayon sakinləri təkanı hiss edib.
Yeraltı təkanların yüngül xarakterli olduğu deyilir.
Qeyd edək ki, aprelin 7-si gündüz saatlarında Gürcüstanın Azərbaycan sərhədinə yaxın ərazisində 4.5 ball gücündə zəlzələ baş verib.
Ehtiram Muradov