• HADİSƏ

    16:35 25 aprel 2019

Goranboyda yolu keçən uşağı maşın vurub

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Tərtər yolunda qeydə alınıb. Eruz Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçən azyaşlı Məmmədov Aydın Pərviz oğlunu vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR