Axşamdan yağan yağışlar Goranboy rayonunda Goran çayının daşmasına səbəb olub
APA-nın Mingəçevir bürosunun məlumatına görə, məcrasından çıxan Goran çayı sahil ərazilərdə bir sıra fəsadlar yaradıb, tiklilərə, obyektlərə ziyan dəyib.
Xüsusən Goran qəsəbəsi ərazisində sel suları maşın təmiri sexinə, ticarət obyektlərinə, nəqliyyat körpüsü ətrafına dolaraq obyektlərin fəaliyyətinə, nəqliyyatın hərəkətinə ciddi problemlər yaradıb.
Qəsəbə ərazisində elektrik enerjisinin verilişində də fasilələr yaranıb.