• HADİSƏ

    09:26 5 aprel 2019

Göyçayda polis əməkdaşının avtomobillə vurduğu kişi ölüb - YENİLƏNİB

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saat 21:00 radələrində Göyçay şəhərinin Nizami küçəsində rayonun Ləkçılpaq kənd sakini, Göyçay Rayon Polis Şöbəsinin post patrul xidmətinin əməkdaşı, polis serjantı Abdulov Emil Bəylər oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlunu vurub.

Hadisə zamanı piyada ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

22:52

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

Şəhər sakini, 1950-ci il təvəllüdlü Miriyev Abduləli Məhəmmədəli oğlu yolu keçərkən "VAZ 2107" markalı minik avtomobili onu vurub. Hadisə zamanı piyada ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər Bəşirov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR