• HADİSƏ

    15:15 16 mart 2019

Göyçayda 7 yaşlı oğlanı avtomobil vurub

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Göyçay şəhərinin Heydər Əliyev prospektində "VAZ 2107" markalı minik avtomobili Ucar şəhər sakini, 2012-ci il təvəllüdlü Abdullayev Saqil Anar oğlunu vurub. Məktəbli ağır bədən xəsarətləri aldığı üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Gülşən

Teqlər:

SON XƏBƏRLƏR