Göyçayda avtomobilin vurduğu qadın ölüb
  • HADİSƏ

  • 22:22 04 Yanvar 2020

Göyçayda avtomobilin vurduğu qadın ölüb

 

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə bir neçə gün öncə Göyçay şəhərinin M.Hüseynzadə küçəsində, "Təzə Bazar"ın qarşısında hərəkət edən "VAZ 2106" markalı minik avtomobili yolu keçən piyada, 1963-cü il təvəllüdlü  Hacıyeva Minəxanım Miri qızını vurub. 

Yaralı təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Bir neçə gün xəstəxanada qalan M.Hacıyeva sonradan müalicə üçün Gəncəyə aparılıb. Həkimlərin səyinə baxmayaraq, o, dünyasını dəyişib. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

Şahnəzər Bəşirov

Teqlər:

OXŞAR XƏBƏRLƏR