• HADİSƏ

    00:37 26 iyun 2020

Göyçayda avtoqəza zamanı xəsarət alan 4 nəfərin adı məlum olub - YENİLƏNİB

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Nizami küçəsində iki "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində rayonun Potu kənd sakinləri, 1983-cü il təvəllüdlü Abdullayev Vüqar Elbrus oğlu, həyat yoldaşı, 1994-cü il təvəllüdlü Abdullayeva Dursun Mətləb qızı, iki azyaşlı övladı - 2017-ci il təvəllüdlü Adullazadə Uğur Vüqar oğlu və 2014-cü il təvəllüdlü Abdullazadə Zəhra Vüqar qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

Saat 23:15

Göyçay rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə axşam saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb.

İki "VAZ 2106" markalı minik avtomobilinin toqquşması nəticəsində bir kişi, həyat yoldaşı və onların övladı xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəsarət alan şəxslərin adları hələ ki məlum deyil.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR