Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 20:07 03 Dekabr 2020

Göyçayda iki avtomobil toqquşub, 5 nəfər xəsarət alıb - FOTO

Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Göyçay-Cəyirli-Bəydövül yolunun Ləkçıplaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Ləkçıplaq kənd sakini, 1993-cü il təvəllüdlü Orxan Beydullayevin idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili qarşı tərəfdən gələn həmkəndlisi, 1992-ci il təvəllüdlü Cavanşir Bilalova məxsus "Toyota" markalı avtomobillə toqquşub. 

Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də "Toyota" markalı avtomobildəki sərnişinlər, sürücünün bacısı 1994-cü il təvəllüdlü Sona Cavadova, xalası Şəfaqət Əliyeva və Lalə Əhmədova xəsarət alıb. 

Məlumata görə, Cavanşir Bilalov ailə üzvləri ilə birgə İkinci Qarabağ Müharibəsində şəhid olan qardaşı Abdulcəmil Bilalovun məzarını ziyarət etməyə gedərkən avtomobil qəzası baş verib. 

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR