• HADİSƏ

    07:34 27 may 2019

Göyçayda küləyin aşırdığı ağac avtomobil yolunu bağlayıb - FOTO

Göyçayda əsən güclü küləyin təsiri nəticəsində böyük qovaq ağacı aşıb.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarıda Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində qeydə alınıb.

Yıxılan irigövdəli ağac yolun əsas hissəsinə düşüb və təxminən bir saat yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. Ağacın yoldan təmizlənməsi işinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları köməklik edib. Ağacın iri budaqları və gövdəsi qısa vaxtda kəsilərək ərazidən çıxarılıb.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR