• HADİSƏ

    22:51 29 mart 2019

Göyçayda piyadanı avtomobil vurub

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

"VAZ 21099" markalı minik avtomobili yolu keçən piyadanı - Göyçay şəhər sakini, 1969-cu il təvəllüdlü Qəribov Rafiq Əliağa oğlunu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şahnəzər Bəşirov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR