• HADİSƏ

    22:13 27 noyabr 2019

Göyçayda "VAZ 2107" ağaca çırpılıb, ağır yaralılar var

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 21:50 radələrində Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

23-BL-046 dövlət nömrə nişanlı "VAZ 2107" markalı minik avtomobilinin yoldan çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər ağır xəsarət alıb.

Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıların adları hələ ki, məlum deyil. Onların Göyçayın Ləkçiplaq kənd sakinləri olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şahnəzər

Teqlər:

SON XƏBƏRLƏR