• HADİSƏ

    22:45 9 mart 2019

Göyçayda iki yaşayış evi yanıb - YENİLƏNİB

Göyçayda iki yaşayış evində baş verən yanğın söndürülüb.

ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün axşam saatlarında rayonun Kürdəmiş kənd sakinləri - Teymurov Kamil Əhməd oğluna məxsus, ümumi sahəsi 260 kv/m olan ikimərtəbəli və qardaşı Rasim Teymurova məxsus, ümumi sahəsi 120 kv/m olan evdə yanğın olub. Yanğının söndürülməsi üçün əraziyə FHN-nın Göyçay, Ağdaş, Ucar və İsmayıllı Dövlət Yanğından Mühafizə Hissələrinin 7 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Evlər bir-birinə bitişik olduğu üçün hər ikisi içərisindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Saat 21:10

***

Göyçayda iki yaşayış evi yanır.

ONA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kürdəmiş kəndində qeydə alınıb. Kənd ərazisində yerləşən bir-birinə bitişik iki fərdi yaşayış evində baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay və Ucar rayon yanğından mühafizə hissələrinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Şahnəzər Bəşirov

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR