Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.
ONA-nın məlumatına görə, hadisə ötən gün Göygöl rayonu Murovdağ qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Aysu Əli qızı Məmmədova yıxılaraq başı daşa dəyib. Təcilli xəstəxanaya çatdırılan yeniyetmənin beyninə qan sızdığı məlum olub. A.Məmmədova bu gün xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.