• HADİSƏ

    16:36 7 iyul 2019

Göygöldə Gəncəçay çayında batan 2 yeniyetmənin meyitləri çıxarılıb - YENİLƏNİB-1

Fövqəladə Hallar Nazirliyi (FHN) Göygöldə batan yeniyetmələr barədə məlumat yayıb.

ONA-nın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Gəncəçay çayının Göygöl şəhərindən keçən hissəsində batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Səfərov Akif Arzu oğlu və 2007-ci il təvəllüdlü Rzayev Ruzgar Famil oğlunun axtarışları başa çatıb.

A.Səfərovun və R.Rzayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 13.38

Göygöldə göldə batan yeniyetmələrin adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bunlar rayon sakinləri 15 yaşlı Rzayev Ruzigar və 12 yaşlı Səfərov Akifdir.

Onları meyitləri göldən çıxarılaraq aidiyyatı orqanları təhvil verilib.

***

saat 13.25

Göygöldə 2 nəfər göldə boğulub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Platina adlanan ərazidə qeydə alınıb.

Göldə çimən 2 yeniyetmə batıb.

Yeniyetmələrin meyitlərinin axtarışları davam etdirilir.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR