Göygöldə gənc qız dərman içərək intihara cəhd edib.
ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Kənd sakini, 21 yaşlı Reyhanə Əliyeva dərman içib. Xəstə dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin ağır olduğu bildirilir.
Gənc qızın hansı səbəbdən dərman içərək intihara cəhd etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.