Göygöldə ağır avtoqəza zamanı ölənlərin sayı 5 nəfərə çatıb - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 00:32 28 Sentyabr 2019

Göygöldə ağır avtoqəza zamanı ölənlərin sayı 5 nəfərə çatıb - FOTO - YENİLƏNİB

Göygöldə baş vermiş avtoqəza zamanı dünyasını dəyişənlərin sayı artaraq 5 nəfərə çatıb.

APA-nın yerli bürosunun məlumatına görə, qəza nəticəsində Mahmudov Zamiq Ələddin oğlu, Tural Rəhimov, Bayram İbrahimzadə, Oruc Hüseynov və Qüdrət Atakişiyev aldıqları xəsarətlərdən hadisə yerində keçinib.

Hazırda ərazidə araşdırmalara başlanılıb. Polis və məhkəmə tibb ekspertləri hadisə yerində müayinələr aparır.

***

Saat 23:58

Göygöl rayonunda ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, avtoqəza Quşqara kəndi yaxınlığında qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 2107" markalı avtomobil "Mercedes" markalı yük maşını ilə toqquşub. Minik avtomobilində olan 4 nəfər hadisə yerində dünyasını dəyişib, daha bir nəfər isə xəsarətlə xəstəxanaya çatdırılıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR