Göygöldə baş verən avtoqəzada 2 nəfər xəsarət alıb
  • HADİSƏ

  • 21:32 06 Mart 2021

Göygöldə baş verən avtoqəzada 2 nəfər xəsarət alıb

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2106" markalı minik maşını ilə "Ford Tranzit" markalı yük maşını toqquşub. Qəza zamanı avtomobillərdə olan Anar Hüseynov və İlqar Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hər iki yaralının vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR