• HADİSƏ

    00:06 1 fevral 2020

Göygöldə baş vermiş avtoqəzada ölən və xəsarət alanların şəxsiyyəti məlum olub - FOTO - YENİLƏNİB

Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.

APA-nın qərb bürosunun məlumatına görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 23:26

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Təfərrüatlar araşdırılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR