• HADİSƏ

    22:45 24 avqust 2020

Göygöldə baş vermiş qəzada 2 nəfər xəsarət alıb - FOTO

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Toğanlı yolunun rayonun Qızılqaya qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR