• HADİSƏ

    04:29 5 fevral 2021

Göygöldə baş vermiş yanğın zamanı bir nəfər xəsarət alıb

Göygöl rayonunda yanğın baş verib.

APA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Balçılı kəndində qeydə alınmış hadisə zamanı ümumi sahəsi 120 m² olan tövlənin yanar konstruksiyaları və damına yığılan 3 ton ot bağlaması yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR