• HADİSƏ

    12:02 3 may 2019

Göygöldə evdən içərisində pul və qızıl olan seyf oğurlanıb

Göygöldə evdən seyf oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ONA-ya verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon ərazisindəki evlərin birindən içərisində 980 manat və 9950 ABŞ dolları, habelə 10.000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Dursunov saxlanılıb.

Hafiz

Teqlər:

SON XƏBƏRLƏR