• HADİSƏ

    23:50 7 dekabr 2019

Göygöldə gənc toyda bıçaqlanıb

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayondakı “Sultan Plaza” şadlıq sarayında qeydə alınıb.

Rayon sakini, 1993-cü il təvəllüdlü Cəfərov Elman Elşən oğlu döş qəfəsinin kəsilmiş, deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub.

28 yaşlı xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

E.Cəfərovun yaxınlarının sözlərinə görə, o, tanıdığı şəxs tərəfindən toy şənliyində bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR