• HADİSƏ

    20:33 8 yanvar 2020

Göygöldə gənci maşın vurub

Göygöldə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlili kəndin yaxınlığında Fərid şadlıq sarayının qarşısında qeydə alınıb.

Yolu keçmək istəyən İsgəndərov Mirmövsüm Telman oğlunu avtomobil vurub.

İlkin məlumata görə, xəsarət alan şəxs toydan qayıdırmış.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olub.

Faktla bağlı araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR