• HADİSƏ

    14:28 2 aprel 2019

Göygöldə iki avtomobil toqquşub, yaralılar var - FOTOSESSİYA

Göygöldə iki avtomobil toqquşub.

ONA-nın qərb bürosunun məlumatına görə, hadisə Gəncə-Şəmkir yolunun 4-cü km-liyinin rayonun Quşqara kəndindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt şəhər sakini İsmət Fərəcov idarə etdiyi “Volkswagen Passat” markalı avtomobillə Şəmkir rayon sakini Yaşar İsgəndərovun idarə etdiyi BMW markalı minik avtomobili toqquşub.

Qəza zamanı hər iki sürücü və avtomobildə olan sərnişinlər yüngül xəsarət alıb. Avtomobillər yararsız hala düşüb.

İlkin ehtimallara görə, avtomobillərdən biri dönmə əməliyyatını düzgün həyata keçirməyib. Faktla bağlı araşdırma aparılır.

Fuad Hüseynov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR