• HADİSƏ

    15:34 28 may 2019

Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib - YENİLƏNİB

Göygöldə baş verən qəzada ölən şəxsin kimliyi müəyyənləşib.

ONA-nın yerli bürosunun məlumatına görə, həmin şəxsin adı Qənifə Quliyevadır.

"VAZ-21011" və "VAZ-2106" markalı avtomobillərin sürücüləri Şamo Zeynalov və Elməddin Abbasov isə xəstəxanaya yerləşdirilib.

* * *

Saat 15:04

Göygöl rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, rayonun Qızılca kəndi ərazisində "VAZ-21011" və "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ-2106"-da olan qadın sərnişin dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR