Göygöldə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində baş verib.
Belə ki, 1982-ci il təvəllüdlü Məmmədova Rəna Kamil qızı zəhərlənmə diaqonuzu ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, qadın yaşadığı evdə Fosfor üzvli birləşmə dərmanı içib.
Onun hansı səbəbdən dərman içməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.