Göygöldə qətl hadisəsi baş verib.
APA-nın yerli büronun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov 35 yaşlı Cəlilli Günay Yusif qızını yaşadığı evdə qətlə yetirib.
Hadisə yerinə hüqüq-mühafizə orqanları cəlb olunub. Mərhumun meyiti məhkəmə tibb ekspertizasına təqdim edilib. G.Cəlillinin O.Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi deyilir. Hadisənin səbəbləri hələlik məlum deyil.
Faktl Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır.