Göygöldə qadın tanışı tərəfindən yandırılıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 04:32 18 May 2019

Göygöldə qadın tanışı tərəfindən yandırılıb - FOTO - VİDEO - YENİLƏNİB

Göygöldə 59 yaşlı qadının üstünə benzin tökərək yandırıblar.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mollacəlili kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 59 yaşlı Şamama Abdıyeva yaşdığı evdə tanıdığı şəxs tərəfindən üstünə benzin tökülərək yandırılıb. O, yaxınları tərəfindən Göygöl rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətrilib.

Xəstəxandan ONA-ya bildirlib ki, qadına 2-3 dərəcəli termiki, yəni hər iki yuxarı və aşağı ətrafın yanığı diaqnozu qoyulub. Qadının vəziyyəti ağır olduğundan Bakıda yerləşən müvafiq xəstəxanaya göndəriləcəyi nəzərdə tutulub.

Yaxınlarının  sözlərinə görə, hadisəni törədən şəxs rayon sakini Rasim Quliyevdir: “Rasim bu cür hadisəni bir neçə dəfə törədib. Buna səbəb onların arasında olan ədavətdir”. 

Zərərçəkmişin sözlərinə görə, cinayəti törədən şəxs bir neçə dəfə polis tərəfindən saxlanıb. Hazırda onun işi prokurorluqdadır.

Xəsarət alan qadın ONA-ya bildirib ki, həmin şəxsin fikri onu öldürməkdir. Əlavə edib ki, cinayətkarın tezliklə məsuliyyətə cəlb olunmasını istəyir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər: Göygöl qadın yanıq xəstəxana

OXŞAR XƏBƏRLƏR